İranda antiimperializm mitinqləri keçirilir
 
Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir. Trend-in məlumatına görə, bu barədə İranın "Tasnim News" xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, mitinq paytxat Tehranda ABŞ-ın keçmiş səfirliyinin binası qarşısından başlayıb. Mitinqlərə minlərlə tələbə, şagird və əhali qatılıb.

Qeyd edək ki, hər il noyabrın 4-ü İranda beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürdükdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.

İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300