Səfərbərlikdən yayınmaq üçün ruslar fantastik- məbləğ ödəyirlər

 

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ölkədə qismən səfərbərlik elan etməsi rus xalqında panika və narahatlığa səbəb olub.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bundan sonra Rusiya vətəndaşları viza tələb etməyən Türkiyə, Azərbaycan və Ermənistana qaçmaq üçün həm hava limanı, həm də şəxsi avtomobiləri ilə sərhədlərə axın ediblər. Çox bahalı təyyarə biletlərinə belə pul xərcləyən hərbi xidmətə yararlı ruslar bu cür biletlər tapa bilmədikdə daha çox xərcləməkdən çəkinmirlər.

Belə ki, Rusiya vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün şəxsi təyyarə kirayə etdikləri ortaya çıxıb. Bunun üçün 27 min dollar pul verən ruslar kirayə etdikləri təyyarələr ilə yuxarıda qeyd edilən 3 ölkəyə qaçırlar.

Şəxsi təyyarə kirayə verən şirkətlər onlara tələblərin son günlərdə artdığını bildiriblər. Belə təyyarələrdə bir oturacağın qiyməti 21 min 500 dollarla 27 min dollar arası dəyişir.

"Gün ərzində normalda 50 tələb gəlirdi, lakin indi bir gündə 5 min insan bizə müraciət edir. İndi baş verənlər tam bir dəlilikdir”, - deyə "Your Charter” şirkətinin direktoru Yevgenıy Bikov bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300