Xüsusi karantin rejimi nə vaxt ləğv ediləcək?-AÇIQLAMA

 

 

"Bu fikirlə razıyam ki, pandemiya sona doğru gedir. Çünki yoluxma indeksinin yüksək olması və buna baxmayaraq ölüm hallarının minimal olması buna işarədir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professor hesab edir ki, pandemiya olduğu müddətdə karantin müəyyən səviyyədə qalmalıdır: "Karantinin sərtləşdirilməsi və ya yumşaldılması epidemioloji duruma bağlıdır. Bir müddətdən sonra yumşalmalara getmək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın bitməsi ilə bağlı elanı ortada olduğu halda karantin tamamilə ləğv ediləcək".

Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün mətbuata açıqlamasında deyib ki, ölkədə koronavirusa ölüm halları minimal səviyyədədir və buna görə pandemiyanın sonuna doğru getdiyini bəyan edə bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300