Məmmədyarov qələbə qazandı, Rəcəbov heç-heçə etdi

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub.

 

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıb, Teymur Rəcəbov ilə Rauf Məmmədov heç-heçə edib. Qədir Hüseynov isə məğlub olub.

 

Qadınların yarışında isə Günay Məmməzadə rəqibinə uduzub, digləri isə görüşlərini heç-heçə ilə başa vurub.

 

Kişilər

 

Şəhriyar Məmmədyarov - Qədir Hüseynov - 1:0

 

Teymur Rəcəbov - Parham Maqsudlu (İran) - 0,5:0,5

 

Rüstəm Qasımcanov (Özbəkistan) - Rauf Məmmədov - 0,5:0,5

 

Vasif Durarbəyli - Hao Vanq (Çin) - 1:0

 

Mustafa Yılmaz (Türkiyə) - Santoş Qucrati Vidit (Hindistan) - 0:1

 

Qadınlar

 

Gövhər Beydullayeva - Xanım Balacayeva - 0,5:0,5

 

Nana Dzaqnidze (Gürcüstan) - Günay Məmməzadə - 1:0

 

Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova - 0,5:0,5

 

Marsel Efroimski (İsrail) - Yolanta Zavadska (Polşa) - 0,5:0,5

 

Kübra Öztürk Güvənli (Türkiyə) - Meri Arabidze (Gürcüstan) - 1:0

 

Qeyd edək ki, "Shusha Chess 2022"yə sentyabrın 24-də yekun vurulacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300