Xırdalanda tikinti şirkəti ağacaları zədələdi

 

Xırdalanda tikinti şirkəti ağacaları zədələyib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev məlumat verib.

O bildirib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət araşdırılıb. Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Kristal AA İnşaat” MTK tərəfindən qazıntı işlərinin aparıldığı və 2 ağacın zədələnərək quruduğu müəyyən edilib. Faktla bağlı MTK barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib”.

Xidmət rəsmisinin sözlərinə görə, tikinti ətrafındakı ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300