Qırğızıstan ölənlərin sayını açıqladı
Batken vilayətində qurbanların sayı 37-yə yüksəlib.
Buta.ws xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ölkənin Səhiyyə Nazirliyi isə 129 nəfərin yaralandığını, onlardan 7 nəfərinin ambulator müalicəyə göndərildiyini bildirib.