Ukraynalı nazirlər tərəfindən təltif edilən HƏMYERLİMİZ KİMDİR?

 

Ukraynada aylardır davam edən savaşda həm ön, həm də arxa cəbhədə onlarla azərbaycanlı mücadilə verir. Gənc qəhrəmanlarımızdan biri də Nikolayev şəhər Radasının deputatı, şəhər idmançıları həmkarlar idarəsinin sədri Ramil Zaur oğlu Ağabəyovdur.

Bu barədə Musavat.com-a media qrupumuzun Ukraynada yaşayan müxbiri Anar Natiqoğlu məlumat verib.

Onun sözlərinə görə, savaşın ilk günlərindən həm təxliyə, həm humanitar dəstək aksiyalarında öndə olan həmyerlimiz Ukrayna Gənclər gününə həsr olunmuş, dövlət başçısı Vladimir Zelenskinin də iştirak etdiyi onlayn foruma qatılıb.

"O, Ukrayna Gənclər hərəkatında fəal iştirakına görə gənclər və idman naziri Vadim Qutsayt və Nikolayev vilayət Radasının sədri Anna Zamazeeva tərəfindən təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamələri RamilAğabəyova Nikolayev vilayət administrasiyanın rəhbəri, qubernator Vitali Kim təqdim edib. Azərbaycan xalqının adını Ukraynada uca edən həmyerlimizlə qürur duyuruq" -Anar Natiqoğlu bildirib

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300