Müsavat Ağcabədidə müşavirə keçirdiMartın 3-də Müsavat Partiyası Ağcabədi rayonunda zona müşavirəsi keçirib. Partiyanın təşkilat şöbəsindən  "Basta”ya verilən məlumata görə toplantıda Ağcabədi və Beyləqan rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Müşavirədə Divan üzvləri Nemət Kərimli və Başxanım Abbaslı,  MNTK üzvü Nuru Xanlarov və Məclis üzvü Zakir Məmmədzadə iştirak eiblər. Ölkədəki vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında çıxışlar dinlənilib.

Rayon təşkilatı rəhbərlərinə partiyanın yeni təlimatları çatdırılıb. Ağcabədi rayon təşkilatının təmsilçisi Rəşid Nəcəfli  və digər yerli təmsilçilər bölgədəki vəziyyət haqda məlumat veriblər.

Qeyd edək ki, ötən həftələr ərzində Müsavat Partiyası ölkənin əksər bölgələrində zona müşavirələri keçirib.

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300