Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi (FOTO)

 Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza və bəraət alan Baş Gömrük İdarəsinin sabiq əməkdaşları barəsində verilmiş protestə baxılıb.

 

 

Uluyol.info Trend-ə istinadən xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Orxan Zöhrabov və Mirağa Ağayevə şərti cəza verilib. İş üzrə təqsirləndirilən Sadiq İsgəndərov isə 2 il azadlıqdan məhrum edilib.

 

Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.

 

 

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, 2 il həbs cəzası verilən Sadiq İsgəndərov Naxçıvan MR keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, 3 il həbs cəzası verilən Azər Baxşıyev isə Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300