Azərbaycanda da zəlzələ olacaq? -RƏSMİ AÇIQLAMA

Gürcüstan-Ermənistan sərhədində, Cavaxeti dağlarında aylardır zəlzələlər davam edir. Həmçinin qonşu İranda ard-arda zəlzələlərin baş verməsi sual doğurur ki, bu, Azərbaycanda da baş verə bilərmi?

Bu barədə Oxu.Az-ın suallarını AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli cavablandırıb.

Onun sözlərinə görə, əslində, Azərbaycanda hər gün zəlzələ baş verir, lakin bu yeraltı təkanlar hissolunan deyil:

"Nəzərə almaq lazımdır ki, seysmogen bölgədə zəlzələ olmalıdır. Alp-Himalay seysmik qurşağı bütöv şəkildə seysmogen bölgədir və Alp dağlarından başlayıb, Himalay dağları ilə Sakit okeana qədər uzanır. Bu qurşaqda hər gün mütəmadi olaraq təkanlar baş verir”.

Q.Yetirmişli vurğulayıb ki, görünür, Azərbaycanda hissolunan təkanlar baş vermədiyi üçün çox da duyulmur:

"Lakin qeyd etmək yerinə düşər ki, hər gün 25-35, bəzi hallarda isə 40-a qədər zəif təkanlar olur. Yəni yerdaxili proseslər daim var və olmalıdır. Yer də sanki insan kimi nəfəs alır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300