"Kamran Əliyev "qanunu pozan cinayətkar dəstə"ni himayə edir"

 

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli uzun illərdir ki, səhmdar kimi hüquqlarının pozulmasından şikayətçidir.

 

İyulun 7-də keçirdiyi mətbuat konfransında o hüquq-mühafizə orqanlarını korrupsiya və iqtisadi cinayətlərlə bağlı etdiyi çoxsaylı şikayət ərizələrinə reaksiya verməməkdə günahlandırıb.

 

Bəydəmirli səhmdarı olduğu "Avto-qarant” ASC rəhbərliyini sənəd saxtalaşdırılması, səhmdarların paylarının verilməməsi, vergidən yayınmaq kimi bir çox məsələlərdə günahlandırır:"ASC-nin 61% səhmlərinə 2003-cü ildə sahib olmuş Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı cinayətkar qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. "Avto-qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan bu şəxs mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlinməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.

 

"Avto-qarant” ASC-nin rəhbərliyi deyilənləri təkzib edir.

 

Ədalət Bağırov mediaya əvvəlki müsahibələrində deyib ki, Nazim Baydəmirli ictimai təzyiq vasitəsilə onun səhmlərini əlindən almaq istəyib.

 

Nazim Baydəmirli isə mətbuat konfransında qeyd edib ki, o, iddialarının sübutu kimi 30 iyun 2021-ci ildə keçirilən "Avto-qarant” ASC-nin səhmdarlarınının yığıncağında Ədalət Bağırovun mövcud qanunvericiliyin tələblərini digər şəxslərlə birgə hansı qaydada pozmasının videoçəkilişini də prokurorluq orqanlarına təqdim edib.

 

Mübahisədə kimin haqlı, kimin haqsız olduğunu istintaq orqanları müəyyən edə bilər.

 

Nazim Bəydəmirlinin sözlərinə görə, onlar bu şikayətlərə reaksiya vermirlər.

 

O, Baş prokuror Kamran Əliyevin "qanun pozuntusuna yol verən cinayətkar dəstəni himayə etdiyini” deyir: "Videoda görünən digər şəxslərin də yol verdikləri qanun pozuntularını 7 iyun 2022-ci il tarixdə Şəmkir rayon prokurorluğunda vətəndaş qəbulu keçirən Baş Prokuror cənab Kamran Əliyevə şəxsən təqdim etmişəm. Ortada açıq-aşkar hüquqverici sənədləri saxtalaşdıraraq, Müşahidə Şurasının, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvlərini kağız üzərində "seçib, təyin edən”, həm də səhmdar cəmiyyətin küllü miqdarda gəlirlərinin mənimsənilməsində iştirak edənlərin cinayət əməlləri olduğu halda Xətai Rayon Prokurorluğu "mülki işdir” deyərək əslində cinayətkar dəstəni himayə edib. İndi də bu işi Baş Prokurorluq həyata keçirməklə məşğuldur”.

 

Keçmiş deputatın söylədiyinə görə, Baş Prokurorluqda keçirdiyi bir görüşdə ona şikayətlərinin araşdırılacağının vəd edilsə də, bundan sonra heç bir hərəkət görməyib.

 

Nazim Bəydəmirli sual edir ki, səsi dövlət institutlarında eşidilməyəndə vətəndaş hara üz tutmalıdır: "İndiyə qədər şikayətlərimizin araşdırılmamasından belə anlaşılır ki, mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə qanuni şikayətlərim ört-basdır ediləcək. Hüququmu qorumaq üçün ölkəmizdə və xaricdə olan kriminal dairələr vasitəsilə"qanuni oğrulara” müraciət etməliyəm?”

 

Baş Prokurorluqdan sözügedən şikayətlə bağlı cavab almaq mümkün olmayıb.

 

"Avto-qarant” ASC ilə bağlı araşdırmanın başlanması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.//arqument.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300