Narışkin: "NATO Rusiya və Belarusa qarşı hibrid müharibə aparır”

 

NATO-nun siyasəti beynəlxalq təhlükəsizliyə əsas təhdid və sabitliyi pozan amildir.

Uluyol.info APA-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

"Son 30 il göstərdi ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi NATO blokunun kifayət qədər aqressiv siyasəti, yəqin ki, beynəlxalq təhlükəsizliyə əsas təhdididir, sabitliyi pozan əsas amildir", - deyə SVR-in direktoru vurğulayıb

Narışkin onu da qeyd edib ki, bu yaxınlarda Madriddə keçirilən NATO Sammiti "maskaların atıldığını” göstərdi: "Bizim üçün aydındır ki, NATO bloku həm Rusiyaya, həm də müttəfiqimiz Belarus Respublikasına qarşı demək olar ki, hibrid müharibə aparır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300