İranda bir neçə xarici diplomat casusluqda şübhəli bilinərək
saxlanılıb
İranda bir neçə xarici diplomat casusluqda şübhəli bilinərək İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri - "SEPAH”) tərəfindən saxlanılıb. Report xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Saxlanılan şəxslər arasında Britaniyanın İrandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini də var.
Diplomatların həbsdə olub-olmaması məlum deyil.