Reabilitasiya mərkəzinin xəstələrə işgəncə verən 5 əməkdaşı həbs olundu

 

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life” reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.

Yenicag.az xəbər verir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında göstərilib ki, "New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasientlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan "12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasientlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib. İttihama görə onlar qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. İttiham olunan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttiham olunan şəxslər isə heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmırlar.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri Anar Məmişov, Samir İsayev və digərləri vəsatət qaldıraraq cinayət işinin yenidən istintaqa qaytarılmasını və müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan başqa, vəkil Anar Məmişov iş üzrə prokurorluğun rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkillərin vəsatətləri təmin olunmayıb./APA/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300