Urmiya gölü böhranı böyüyür: 15 milyon insan köçmək məcbutiyyətində qala bilər

 

Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat və Tədris Mərkəzinin rəhbəri Əhməd Baybordi Urmiya gölünün hazırkı vəziyyəti ilə bağlı danışıb. Onun sözlərinə görə, hazırda Urmiya gölünün səviyyəsi 77,127 metrdir ki, bu da ötən illə müqayisədə 66 sm azalma dedməkdir.

 

Qaynarinfo bu barədə "Azər Əncümən" agentliyinə istinadən xəbər verir.

 

Əhməd Baybordi bildirib ki, gölün akvatoriyasının sahəsi 2489 kvadrat kilometrə qədər azalıb: "Ötən illə müqayisədə biz gölün 1015 kvadrat kilometrini itirmişik. Hazırda suyun həcmi 3.11 milyard kubmetr təşkil edir. Ötən ilin eyni dövründə suyun həcmi 5.29 milyard kubmetr olub".

"Quraqlıq, yağış və qarın az yağması səbəbindən yay aylarında içməli su və kənd təsərrüfatını təmin etmək məqsədi ilə bəndlərdən suyun buraxılması dayandırıldı və bu, suların həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. 8 il əvvəl Urmiya gölünün bərpası ilə bağlı proqramın 27 maddəsi tərtib edilərək Urmiya Gölünün Bərpası Qərargahına həvalə edilmişdi, lakin indiyə qədər bir layihədən yalnız su transferi həyata keçirilib və qalan 26 maddə həyata keçirilməyib", deyə Əhməd Baybordi əlavə edib.

 

Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Urmiya gölünün quruması ilə bağlı xəbərdarlıq edib: "Urmiya gölünün quruması ilə şimal-qərbdən 15 milyon insan duz kimi böyük böhranlarla üzləşəcək. Fırtınalar olacaq, sonra isə tənəffüs yolları xəstəlikləri yayılacaq, torpaqlar şoranlaşacaq, bağlar quruyacaq".

 

Baybordi mövcud vəziyyət davam edəcəyi halda astma və bronxit, kəskin respirator infeksiyalar, yuxarı tənəffüs yollarının infeksiyası, tənəffüs yollarının tıxanması, müxtəlif növ sağalmaz xəstəliklər və ürək-damar problemlərinin yayıla biləcəyini deyib.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300