Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir

 

Əli Əsədovun sabiq köməkçisi Zakir Paşayev Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 720 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir.

 

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq çoxdan adi hal alıb.

 

Bu hal, o qədər adiləşib ki, hətta xalq arasında villaları, milyonluq biznes obyektləri olmayan məmurlara "anormal məmur” kimi baxırlar.

 

Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər arasında fərq isə böyük ziddiyyət təşkil edir.

 

Çox qəribədir ki, Azərbaycanda bir çox məmurların ailə üzvüləri "iş adamı” olurlar...


 

Bir çox məmurlar isə qanunun tələblərini pozaraq açıq-aşkar öz adları ilə biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə məmurlardan biri də Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayevdir.

 

AzFakt.com Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xaralterli məlumat bazasına istinadən xəbər verir ki, Zakir Paşayev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 718.48 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir.

 

Zakir Paşayevin adına sənədləşdirilən obyektin hazırkı bazar qiymətinin isə 1 milyon manatdan çox olduğu deyilir.

 

Zakir Paşayev 2019-2020-ci illərdə Baş Nazir Əli Əsədovun köməkçisi vəzifəsində işləyib.

 

2020-ci ildən isə Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışır.


 

Məsələ ilə bağlı Zakir Paşayevin mövqeyini örgənmək üçün göndərdiyimiz sorğudan bir neçə saat sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xaralterli məlumat bazasında şöbə müdiri ilə bağlı məlumat silinib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300