Əsir və itkin düşmüş şəxslərin taleyi:"Onların ailələrindən bioloji nümunələr toplanılır..." - BQXK-dan AÇIQLAMA

 

Azərbaycan ordusunun yeni mövqe tutduğu Fərrux dağında qazıntılar zamanı bir neçə cəsədin qalıqları üzə çıxıb.
Bu hadisə ilə birgə Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi yenidən gündəmə gəlib. İtkin düşmüş şəxslər və onların tapılması üçün atılan addımlarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəriİlahə HüseynovaYenicag.az-a açıqlama verib.

İlahə Hüseynovanın sözlərinə görə, BQXK ilə Dövlət Komissiyası itkin düşmüş şəxslərin müəyyən edilməsi üçün ortaq layihə həyata keçirir:

"BQXK Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində iş aparır. Bu məsələdə ilk növbədə Dövlət Komissiyası ilə birgə itkin düşmüş şəxslər haqqında ailə üzvlərindən ətraflı məlumatlar toplanılıb. Yəni kim harada itkin düşüb, fiziki durumu necə olub, identifikasiya edilə biləcək bütün məlumatlar toplanılıb və xüsusi databazaya salınıb. Bu məlumatlar Dövlət Komissiyasındadır. Dövlət Komissiyası ilə birlikdə BQXK başqa bir layihəni də həyata keçirir və o layihə bu il bitəcək. Burada bioloji nümunələrin toplanması həyata keçirilir. İtkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələr toplanılır ki, DNT analizi çıxarılsın. Bu məlumatlar itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün lazım ola bilər.

Həmçinin BQXK Azərbaycana texniki dəstək göstərir”.

Qeyd edək ki, Birinci Qarabağ Müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.

Səxavət Məmməd, yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300