Dünən "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" deyən Hadi Rəcəblinin ailə biznesi:

- Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
- Lənkəranda yerləşən "Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
- Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
- Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası. 

Oğlanlarından biri Vüsal Rəcəbli "Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.

Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur.

Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Digər qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.

Hadı Rəcəbli hakim ailə, Paşayevlərlə də qohum idi. Belə ki, Hadı Rəcəblinin qaynı oğlu Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın keçmiş əri olub.

Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.(jam.az)

 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300