Suriya ordusu Türkiyə sərhədlərinə doğru yaxınlaşıb

 

Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı olan YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı bir vaxtda Bəşər Əsədin ordu birləşmələri Türkiyə sərhədinə doğru yaxınlaşmağa başlayıblar.

Uluyol.info Oxu.az-a istinadən xəbər verir ki,Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Əsəd rejiminə bağlı ordu qüvvələrinin Türkiyə sərhədindən 35 kilometr məsafədə yerləşən Ayn-İssa rayonuna və Menbiç şəhərinə daxil olduğunu açıqlayıb.

Qeyd olunur ki, kürd silahlılara qarşı hərbi əməliyyatlara hazırlaşan Türkiyə ordusu üçün yuxarıda adı qeyd olunan ərazilər sərhədə kifayət qədər yaxındır. Öz ərazisinin təhlükəsizliyini düşünmək məcburiyyətində olan Ankara Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zolağı yaratmaqda israrlıdır.

Belə olan halda Suriya ordusunun Ayn-İssa və Menbiçdə cəmləşməsi gözlənilən hərbi əməliyyat zamanı Türkiyə ordusu ilə birbaşa toqquşma riski yaradır.

Suriya İnsan Haqları Müşahidə Qrupunun üzvləri Rusiyanın da bölgədə əlavə hərbi qüvvələr cəmləşdirdiyini açıqlayıb.

Bildirilir ki, dünən, iyulun 4-də Rusiya Menbiç yaxınlığındakı bazasına əlavə hərbi qüvvələr yerləşdirib.

Bundan əvvəl isə Rusiyanın Türkiyə sərhədindən dörd kilometr aralıda yerləşən Kamışlı şəhərindəki aviabazasına 1 500-ə yaxın desant yerləşdirdiyi bildirilirdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300