Qarabağda antiterror əməliyyatlarının ANONSU VERİLDİ –"RUS HƏRBÇİLƏR…”

 

Bu gün sülhməramlı kimi Qarabağda olan Rusiya hərbi kontingentinə heç kəs o adı verməyib. Onlar özləri özlərinə "sülhməramlı” deyir. Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərinə daxil olmasının məqsədi elə gəldiyi gündən aydın olub.

Bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, rus hərbçilərinin məqsədi Azərbaycanın Qarabağ ərazisində 1991-ci ilin sentyabrında yaradılmış cinayətkar, separatçı, terrorçu "Artsax-Dağlıq Qarabağ” adlanan qurumu himayə edib saxlamaqdan ibarətdir:

"Onlar Azərbaycan ərazilərinə daxil olduqları ilk andan nə üçün gəldikləri bəllli olub. Onlar Azərbaycan ərazisində qalan erməni separatçılarını, terrorçularını qorumağa gəliblər. "Artsax” adlanan o qondarma qurumu müdafiə edib, silahlı qüvvələrini təmin eləməyə çalışıblar. Gəldikləri gündən bu günə kimi də öhdələrinə götürdükləri hər vəzifəni yüksək səviyyədə icra edirlər. Yəni "sülhməramlıların” Qarabağa gəlmə məqsədi 2020-ci il tarixində Rusiya, Azərbaycan, Ermənistan rəsmilərinin imzaladığı 10 noyabr sazişində tamamilə başqa cür göstərilib.

Amma gəldikləri gündən məlum oldu ki, onlar sənəddə göstərilən bəndlərin icrası ilə məşğul deyillər. Onlar Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə, Azərbaycan qanunlarını pozmağa, Azərbaycan ərazilərində uzun illər kök salmış separatçıları, qeyri-qanuni erməni hərbi birləşmələri qorumaq üçün gəliblər.

Baxmayaraq ki, Azərbaycan dövlətinin rəhbərliyi sühməramlıların özbaşına davranışlarına qəti etiraz edir, amma yenə də yanlış hərəkətlərini davam etdirirlər. Sülhməramlılar üçtərəfli sazişə əsasən həmin ərazilərə daxl olan kimi erməni silahlıları ərazidən çıxarılmalı idi. Amma nəinki, silahlılar ərazidən çıxarılır, əksinə onlara müxtəlif səpkili dəstəklərin verildiyini müşahidə edirik.

Bu gün də müşahidə edirik ki, sülhməramlılar həmin Araik Arutinyan kimi cinayətkarlarla əl bir olub onları himayə edir, təhlükəsizliyini təmin edir, onları silahlandırıb, bütün təminatları ilə məşğul olmaqla məşğuldur. Dəhraz, Qarakötük kəndləri Xocalı rayonunun kəndləridir. Mən o kəndlərin hamısını qarış-qarış tanıyıram. Ermənilərin o vəsaiti yoxdur ki, orda nə isə iş görsünlər, kəndlər salsınlar, su ambarları tiksinlər. Bütün bu işləri rus sülhməramlıları onlar üçün görür.

Bu birbaşa Azərbaycan qanunlarına,ərazi bütövlüyünə qarşı hörmətsizlik, meydan sulamaqdır. Ona görə də Azərbaycan separatçı, cinayətkar qurumu məhv etmək, ərazisindən çıxarmaq, cinayətkarları cəzalandırmaq üçün gecikmədən tədbirlər görməlidir.

Təmizlənmə üçün antiterror əməliyyatlarına başlanmalıdır. Onları himayə edən, onlarla həmrəy olan, onlarla birikdə fəaliyyət göstərən Rusiya hərbi kontingentinin də Azərbaycan ərazisindən çıxarılması tələbi qoyulmalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300