Rektorun mülkləri açıqlandı - 22 illin rektoru olan Havar Məmmədovun nələri var?..

 


 

Bakı Mühəndislər Universitetinin rektoru Havar Məmmədovun mülklərinin siyahısı açıqlanıb. PİA.az xəbər verir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb.

Saytın verdiyi məlumata görə BMU-nun rektoru Havar Məmmədovun marketlər zənciri var. Bundan başqa Xocahəsəndəki dəmir beton zavodu da Havarın müəllimin biznes şəbəkəsinə aiddir.

Novxanıda isə 20 ildən artıqdır ki, rektor vəzifəsini daşıyan Havar müəllimin dəyəri 4 milyon olan villasının olduğu qeyd edilir. Lakin Havar Məmmədovun villası təkcə Novxanıda deyil. Sayt iddia edir ki, Heydər Məscidinin yaxınlığında, "milyonçular məhəlləsi” deyilən ərazidə, 6 milyon dəyəri olan 3 mərtəbəli villa da Havar müəllimə məxsusdur.

Qeyd edək ki, Havar Məmmədov 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik edib. Bu illər ərzində Azərbaycan Texniki Universiteti ölkənin ən korrupsiyalaşmış univeritetləribndən biri kimi tanınb. Elə Havar Məmmədovun da adı həmin illərdə bir çox qalmaqallarda halalnıb.

2016-cı ildə isə Havar Məmmədov Bakı Mühəndislik Universitetinə (keçmiş Qafqaz Universiteti) rektor təyin olunub. Həmin ilə qədər Qafqaz Universiteti Azərbaycanın ən elit və reytinqli universiteti hesab olunurdu və burda tələbəyə pulla qiymət yazmağı düşünmək belə mümkün deyildi. Lakin Havar Məmmədov bu universitetə rektor təyin olunduqdan bir il sonra universitetin nə reytinqindən, nə də təhsil səviyyəsindən əsər-əlamət qalmadı. Zaman-zaman univeristet tələbələri onlardan qiymət müqabilində pul istənilməsi ilə bağlı yerli mediada iddalar səsləndirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300