Gənc Tamaşaçılar Teatrında Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib. APA-nın xəbərinə görə, tədbirdə yazarın qələm dostları, oxucular iştirak edib. Qan Turalı bu kitabın onun yaradıcılığında önəmli yer tutduğunu deyib: "Roman iki paralel süjetdən ibarətdir. Birinci süjetdə qədim Azərbaycan tarixi ilə bağlı hadisələr işıq üzü görür. Müasir roman isə bir yazıçı haqqındadır və hər iki hissə üzvi şəkildə bir-birinə bağlıdır. Bu romana özüm də çox inanıram və ümid edirəm ki, bu roman Azərbaycan oxucusunun da zövqünü oxşayacaq”.

 

 

Qeyd edək ki, romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib, yaza bilmədiyi romanının adından götürülüb. "Fələk qırmancı” romanı "Mütərcim” nəşriyyatında "Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.

 

 Kitabın redaktoru Səhər Əhməddir.

 

Qan Turalının ilk romanı "Mustafa” 2011-ci ildə çap olunub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300