Ceyhun Bayramov İrana səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.
Uluyol.info APA-ya istinadən xəbər verir ki, C. Bayramov iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edəcək.
C Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.