Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

 

Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.

 

Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açılışda bildirib ki, türk ölkələri arasında əməkdaşlığın gücləndirilməsi gündəmdədir:

"Son vaxtlar türk dünyasında mühüm hadisələr baş verib: Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Qazaxıstan-Türkiyə platformasının yaradılması və s".

Qismət Gözəlov öz növbəsində belə bir görüşün Şuşada keçirilməsinin xüsusilə xoş olduğunu vurğulayıb.

"Müharibə və münaqişələrlə dolu 21-ci əsrdə TDT sülh və təhlükəsizliyə çağırış missiyasını yerinə yetirməyə çalışır. Azərbaycan ordusunun Qarabağ müharibəsində qələbəsi və türk ölkələrinin dəstəyi təşkilatın gücünü göstərir. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri yeni səviyyəyə çıxarmaqla yanaşı, iki türk dövlətinin qardaşlığının və iradəsinin simvoluna çevrilib", - baş katibin müavini qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300