Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

 

Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.

Uluyol.info "Report”a istinadən xəbər verir ki, ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb.

Bildirilib ki, könüllü hərbi xidmət keçmək istəyənlərə hərbi bölgəyə gediş-gəliş biletləri, xidmət müddəti ərzində tibbi sığortası ödəniləcək, aylıq 323 avro müavinət veriləcək.

Nazirlik həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya Ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Serbiyada hərbi xidmətə çağırış məcburi xarakter daşımır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300