Vüsal Novruzov həbs olunur?

 

İyunun 20-də Gömrük Komitəsində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanıldı.

 

Əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb.

 

Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallarında, Gömrük Komitəsinin Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da saxlanılıb.

 

"Azsiyaset.com"a daxil olan məlumata görə, Gömrük Komitəsində həbslər davam etdiriləcək. Hətta Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, adı böyük korrupsiya əməllərində hallanan Vüsal Novruzovun da həbs ediləcəyi bildirilir. Hətta onun xaricə çıxışına da qadağanın qoyulduğu daxil olan məlumatlar sırasındadır.

 

V.Novruzov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab olunur. Bu günə qədər onun həbs edilməməsinin əsasən bu amil olduğu heç bir şübhə doğurmur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300