"Magna Trans" MMC: vergidən yayınma

 

Azərbaycanda özəl sektorlarda hələ də büdcədən yayınma, qeyri-şəffaflıq, ciddi qanunsuzluqlar hökm sürməkdədir. Əlbəttə ki, qanunlara tabe olmayan, qazandığı pullara rəğmən dövlətə cüzi miqdarda vergi ödəyən təşkilatlar reallıqda böyük vəzifələrdə çalışan, geniş əlaqələrə malik məmurlara və yaxud da onların yaxınlarına aiddir.

 

Bu cür qalmaqallı təşkilatlardan biri də uzun illər Azərbaycanın Baş prokuroru vəzifəsində çalışmış Zakir Qaralovun "kölgəsinə sığınaraq", "AKKORD” şirkətinə uzun illər rəhbərlik etmiş Bürhan Həmidov adlı şəxsin həmtəsisçisi olduğu "MAGNA TRANS” MMC-dir.

 

Sərnişin daşıma sahəsində fəaliyyətə başlayan "MAGNA TRANS” MMC 2010-cu ildə 3 nəfər şəxsin həmtəsisçiliyi və səhmdarlığı ilə yaradılıb.

 

Şirkətin həmtəsisçiləri: Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi Ağasəf İslam oğlu İsmayılov və yeznə-qayın qohumları olan Bürhan Əhməd oğlu Həmidovla Namıq Gülosman oğlu Hacıyev olub.


 

"MAGNA TRANS” MMC 79 ədəd müxtəlif markalı avtobuslarla 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutlarla Bakı şəhərində, həmçinin iritutumlu reys avtobusları ilə Bakı - Lənkəran - Bakı və Bakı Astara - Bakı rayonlararası marşrut xətləri ilə, gündəlik sərnişindaşıma həyata keçirməklə məşğul olub.

 

Yeznə-qayın həmtəsisçilərin "planı"

 

Şirkətin fəaliyyəti tam nizama düşəndən sonra, yeznə-qayın olan həmtəsisçilərdən Bürhan Həmidov "krışa"sından istifadə edərək, "MAGNA TRANS” MMC-nin əsas təşkilatçısı olan Ağasəf İsmayılovdan "qopmaq”, yəni onu MMC-nin həmtəsisçiliyindən uzaqlaşdırmaq, daha doğru desək, əmlakını əlindən çıxarmaq planı hazırlayır.

 

Belə ki, Ağasəf İsmayılovun ona olan etibarından istifadə etməklə MMC-nin direktor vəzifəsinə "öz adamı" olan və həmin vaxtda "Akkord" şirkətində şöbə rəisi vəzifəsini tutan Ağayev Mirzahid Mirsahib oğlunu təyin edir. Əslində isə, sonradan özünün yazılı olaraq etiraf etdiyi kimi "işlədiyi 10 il müddətində 1 manat əməkhaqqı almayan" Mirzahid Ağayev direktor vəzifəsini formal tutub.

 

Bürhan Həmidov MMC-nin "altından girib-üstündən çıxıb", yəni "MAGNA Trans" MMC-ni tam müflisləşdirib - 79 ədəd sərnişin daşıyan avtobusların yarıan çoxunu sənədləri saxtalaşdırma yolu ilə satıb pulunu da "həzmi-rabe"dən keçirib, yerdə qalanları da sökü- talayıblar.

 

113, 208,209, 213 saylı şəhərdaxili marşrutları da Bürhan Həmidov oğlunun adına yaratdığı "Transkontrol" MMC-yə ötürüb.

 

Bürhan Həmidovun bu əməlləri Ağasəf İsmayılova bu məlum olanda, ondan hesabat tələb etmək üçün axtaranda, Bürhan Həmidov "atlı olub", Ağasəf İsmayılov isə "piyada".


 

Eyni vaxtda "Akkord" ASC-nin də icraçı direktoru olan Bürhan Həmidov mühafizəçilərinin müşaiyəti ilə bahalı avtomobillərlə hərəkət etdiyindən ona yaxın düşmək olmayıb ki, olmayıb. Hətta iddialara görə "Akkord" ASC şirkəti yerləşən küçəyə Bürhan Həmidovun avtomobil karvanı daxil olanda əks istiqamətdən gələn hərəkəti saxlayırmışlar. Beləliklə, şəriki Ağasəf İsmayılovun telefon zənglərinə sms yazışmalarına, poçt vasitəsilə rəsmi müraciətlərinə cavab verməyən, sözün əsl mənasında gizlənən Bürhan Həmidovun "ağ yelkənli gəmisi daşa çırpılır" və ocağı sönmüş "Akkord"da onun fironluğu sona çatır.

 

"10 il müddətində 1 manat almayan" direktorun təsisçilərə ərizəsi

 

Digər həmtəsisçiləri Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin onunla üz-üzə gəlməkdən hər bir cəhdlə yayındıqlarına görə, hər üçünün hesabat verməkdən açıq-aşkar imtina etdiklərinə görə Ağasəf İsmayılov üz tutur hüquq-mühafiz orqanlarına. Və onların hər üçünün üzərinə məhkəmə qaydasında hesabat vermək öhdəliyi qoyulur. Bax burada sözün əsl mənasında "Kərəmi ağlamaq tutur".

 

Ağasəf İsmayılovun qanunun aliliyindən və gücündən istifadə edərək atdığı "kəməndin" onları "sıxıb-boğmaq" məqamının yetişdiyini hiss etdikləri və özlərinin qazdıqları "quyudan" çıxmaq üçün yollar axtarırlar. Hələ bir il öncə ondan hesabat verməyi yazılı olaraq tələb edən Ağasəf İsmayılova və digər təsisçilərə direktor Mirzahid Ağayev ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş edir. Direktor təsisçilərə ünvanladığı bu məktubunda işlədiyi müddətdə bir manat da olsun əməkhaqqı almadığını yazır.

 

İki təsisçiylə direktorun "müdafiə xətti"

 

Müəssisəni müflisləşdirməkdə "sağ əli" direktor Mirzahid Ağayev olan Bürhan Həmidov özünün ətrafında toplayıb başçılıq etdiyi və MMC-yə heç bir aidiyyatı olmayan dəstə üzvləri bu qanunazidd əməllərini elə bu günlərdə də davam etdirirlər.


 

Bürhan Həmidovun illər ərzində MMC-nin əmlakını talamasını, milyonlarla manat məbləğdə pulları hesabatdan gizlətmə yolu ilə mənimsəməsinin Ağasəf İsmayılov tərəfindən araşdırılmasına başlayanda, cavab verməyin vaxtı çatdığını duyan həmtəsisçilər Bürhan Həmidovla Namiq Hacıyev ərizə ilə MMC-də olan paylarının satmaqları ilə bağlı müraciət edirlər.

 

Ağasəf İsmayılov da həmin payları almağa razı olduğunu bildirir. Lakin MMC-də satmağa avtobus, digər avadanlıq olmadığı üçün Bürhan Həmidov "öz dəstəsini" "sudan quru çıxarmaq üçün" özünü, direktor Mirzahid Ağayevi, direktor müavini Ramil Xəlilovu müdafiə etmək üçün vəkil Bəşir Camalovu işə cəlb edir. (Bu vəkilin istifadə etmiş olduğu "müdafiə üsulu" ilə bir qədər sonra ətraflı açıqlama veriləcək).

 

Təsisçi Ağasəf İsmayılovun direktordan tələbi nədir?

 

Dədə-babadan görmüşük ki, işdən çıxan şəxs sadəcə olaraq "ayağında olan mal-mülkü" təhvil verir, "təmizlik kağızı" alıb, halallaşıb gedir. Sual yaranır ki, axı görəsən bu həmtəsisçilər, Bürhan Həmidovla Namiq Hacıyevdən və direktor Mirzahid Ağayevdən ibarət olan üçlüyü nə yaxud kim belə arxayın salıb ki, onlar həmtəsisçi Ağasəf İsmayılovun qanuni tələbinə dirəniş göstərirlər və güman edirlər ki, heç bir halda cavabdehlik daşımayacaqlar. Oxşar işlərə dair çox misallar gətirmək olar. Lakin yaxın keçmişə nəzər salsaq, vaxtı ilə "at oynadan", "babam mənə kor deyib, gəlib-gedəni vur deyib", yaxud da "burda mənəm, Bağdadda kor xəlifə" havasına oynayanların hamısının vaxtı gəldikcə, cabahdehliyi necə daşıdıqlarının hamımız şahidiyik. Bələd olanlar bilirlər ki, qanunun aliliyi və gücü "dəvəni də iynənin deşiyindən keçirir"

 

Məhkəmə qərarı: "heç"ə, hüquqa bir "qoz" deyənlər

 

"MAGNA TRANS MMC-nin həmtəsisçisi və səhmdarı Ağasəf İsmayılov qarşılaşdığı qanunsuzluqla bağlı Abşeron Rayon Məhkəməsinə "məlumatların verilməsinin və iştirakçıların ümumi yığıncağında iştirakını təmin edilməsi vəzifəsinin həvalə edilməsi" tələbi ilə bağlı müraciət edib.

 

"MAGNA TRANS" MMC-nin direktoru və qanuni təmsilçisi Ağayev Mirzahid Mirsahib oğlu, MMC-nin digər həmtəsisçiləri Hacıyev Namiq Gülosman oğlu və Həmidov Bürhan Əhməd oğlunun cavabdeh qismində tanındığı Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qəqətnamədə deyilir:


 

""MAGNA TRANS MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı İsmayılov Ağasəf İslam oğluna verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "MAGNA TRANS MMC-nin direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğlunun, "MAGNA TRANS MMC-nin iştirakçısı Həmidov Bürhan Əhməd oğlunun və "MAGNA TRANS MMC-nin iştirakçısı Hacıyev Namiq Gülosman oğlunun üzərinə qoyulsun".

 

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin nəzərinə çatdırırq ki, aidiyyəti icra qurumları məhkəmənin bu qətnaməsinin icrası üçün hələ ki, barmaqlarını belə tərpətməmişlər.


 

Bir sıra hüquq-mühafizə qurumlarının, digər aidiyyəti vəzifə sahiblərinin qaldırılmış məsələ ilə bağlı biganəliyi, yaxud məsuliyyətsizliyi, hətta məmur özbaşınalığı barədə növbəti açıqlamalarda məlumat veriləcək.

 

"Qlobal.az" "Magna Trans" MMC-dən mövzu ilə bağlı açıqlama ala bilməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300