Vahid Nuriyev MMX-ni MMC-yə çevirib403-cü otaq və ya sürücülərin qorxulu yuxusu

Bütün sürücülərin qorxulu yuxusu, ölkə qanunlarının demək olar ki, keçərsiz olduğu Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) və onun rəhbəri Vahid Nuriyev hamını radara salmağı bacarsa da, nədənsə özləri qanunun "radarına” düşmürlər. Elə bir sürücü tapılmaz ki, MMX-nın sehirli 403-cü otağının müsafiri olmasın və burada baş verən qanunsuzluqlardan öz nəsibini almasın. Sürücülərin "qıl körpüsünə” çevrilən 403-cü otaqda hər gün dövlət büdcəsindən minlərlə manat pul yayındırılır. "Yazıya pozu yoxdur” deyiblər, amma bu atalar sözü də 403-cü otaqda öz kəsərini itirir. Çünki, MMX-nın 403-cü otağı məhz yazılanları pozmaq üçün fəaliyyət göstərir.

Rublika.az saytına daxil olan məlumata görə, Mərkəzi Məlumat Xidməti qeyri-qanuni pul toplamaları üçün xüsusi mexanizm hazırlayıb. Belə ki, radara düşən sürücüyə elektron protokol tərtib olunaraq yaşadığı ünvanına göndərilir. Amma, əksər hallarda cəriməni ödəmək istəyən sürücülər süni maneələrlə üzləşirlər. Belə ki, banka gedib cəriməni ödəmək istəyən sürücüyə bildirilir ki, cərimə sistemə vurulmayıb.

Başqa bir variantda isə sürücülər az qala bir ili tamam olan, hətta bir ildən də artıq müddət keçmiş MMX radarlara görə saxlanılır və maşın cərimə meydançasına aparılır. Araşdırma nəticəsində məlum olur ki, sürücünün MMX-dan xəbəri yoxdur və ona heç bir məktub xəbərdarlıq göndərilməyib. Sürücülər inspektordan protokolun çap edilməsini tələb etsələr də buna nail ola bilmirlər.

Rublika.az bildirir ki, bütün hallarda isə əlacsız qalan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə, daha dəqiqi isə 403-cü otağa üz tutmağa məcbur olurlar. Burada isə Azərbaycan qanunları keçərsizdir. Odur ki, toplanan pulların da Azərbaycan dövlətinə, onun xəzinəsinə heç bir aidiyyatı yoxdur.

Sürücülər arasında 403-cü otaqda baş verənlər haqqında nağıllara, əfsanələrə bənzər söhbətlər məhşurdur. Hamı bilir ki, cərimə pullarının bank vasitəsilə ödənilməsinə yaradılan maneələrin bir məqsədi var- sürücülərdən toplanan böyük məbləğdə pulların şəxsi ciblərə getməsini təmin etmək. Məhz yuxarıda qeyd etdiyimiz süni maneələrin yaradılması ilə MMX-nin rəhbəri Vahid Nuriyev 403-cü otağı özünün şəxsi biznes strukturuna çevirib. Sürücülər burada dövlətin radarına yox, V. Nuriyevin xüsusi "radarına” düşürlər. Özü də bağlı qapılar arxasında, piyada vəziyyətdə. 403-cü otaqda hər gün on minlərlə manatın taleyi həll olunsa da heç bir qəbz təqdim olunmur. Bu isə büdcədən yayındırılan milyonlarla manat vəsait deməkdir. Görünür MMX-ni şəxsi obyektinə çevirən, heç bir qanuna məhəl qoymayan Vahid Nuriyev və 403-cü otaqda əyləşənlər üçün üçün nə ölkə başçısının, nə də Daxili İşlər nazirinin dedikləri heç bir əhəmiyyət daşımır. Amma, MMX-də unutmamalıdırlar ki, hər bir məmur dövlətin radarına yalnız bir dəfə düşür.gundemshok.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300