Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş mətbuat katibi barəsində axtarış elan olunubTələb Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadəyə qarşı cinayət işi başlayıb, barəsində axtarış elan olunub.

Baş Prokurorluqdan Turan-a verilən məlumata görə, keçmiş məmur CM-in 178.3.2 (fırıldaqçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (sənədlərin, möhürlərin, damğaların saxtalaşdırılması) maddələri ilə ittiham olunur. Məhkəmənin qərasında onun barəsində qiyabi olaraq qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı şəhər sakinləri Vüsal İbrahimovun və Zaur Əsgərovun şikayətləri ilə əlaqədar açılıb. Onlar keçmiş məmurun 2015-ci ilin avqustunda gəlirli işə düzəltmək vədi ilə onlardan 150 min dollar aldığını iddia edirlər.

Sonradan o, TQDK-da tutduğu vəzifədən azad edilib və qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycan hüdudlarından kənardadır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300