Kriminal dünya qan çanağına dönə bilər - "Rufo Gəncinski"ni seçimini edib

Azərbaycanlı "oğru” Ülfət Tağıyevin (Rufo Gəncinski) Moskvada məskunlaşması kriminal dünyanın əsas müzakirə mövzusudur.

 

Qaynarinfo xəbər verir ki, Rusiya mediası bunu azərbaycanlı krminal qruplar arasında başlayacaq yeni savaşın anonsu kimi təqdim edir.

Məsələ burasındadır ki, "Rufo Gəncinski" mərhum "oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) ən yaxın adamlarından olub. O, Lənkəranski - Quli qarşıdurmasında birinciyə sadiqliyi ilə tanınıb.

 

Rusiya mediası "Rufo Gəncinski"ni Rövşən Canıyevin cangüdəni və mühafizəçisi kimi təqdim edir. Bu bəlkə də onun "oğru” tituluna kölgə salmaq üçündür. "Oğru qaydaları” killer "peşəsini” rədd edir. Ən yaxşı halda bu cür qara işlərə göndərilən kriminal elementlər "torpeda” adlandırılır. "Torpeda”ların "oğru” tituluna layiq görülməsi isə sadəcə mümkün deyil.

 

Məhz Rusiya mediasının bu propaqandasına görə (Rusiyanın kriminal dünya üzrə ixtisaslaşan xəbər resursları azərbaycanlı kriminalitetlərə qarşı qərəzli mövqeyi ilə tanınır. Azərbaycanlı "oğru”ların Rusiyada söz sahibi olmasına qısqanclıqla yanaşılır) "Rufo Gəncinski" "Matrosskaya Tişina” həbsxanasında "oğru” kimi qəbul edilməmişdi.

 

Əslində isə "Rufo Gəncinski" "Rövşən Lənkəranski"nin ən inandığı adamlardan olub. Ona Dubayda keçirilən "sxodka”da "oğru” titulunun verilməsi Lənkəranskinin xidməti hesab edilir.

 

"Rufo Gəncinski" indi başqa bir azərbaycanlı "oğru” Əli Heydərovun (Albert Rıjıy) yerini tutub. Rusiya mediası belə yazır. Bu addım mərhum "oğru” Nadir Səlifovun (Lotu Quli) tərəfdarlarına qarşı başlanacaq savaşın tərkib hissəsi kimi dəyərləndirilir. "İki Namiq arasında” - Rusiya mediası "Rufo Gəncinski"ni hazırki vəziyyətini belə təqdim edir. "İki Namiq” deyiləndə isə Nadir Səlifovun qardaşı Namiq Səlifov (Namiq Bakinski) və Rövşən Canıyevin qardaşı Namiq Canıyevdir. Namiq Bakinski "oğru” titulu daşıyır və hazırda qardaşının qurduğu kriminal imperiyaya başçılıq edir.

 

Maraqlıdır ki, Rusiya mediası Namiq Canıyevi də "oğru” kimi təqdim edir. Halbuki o, bu titula sahib deyil və heç bu iddiada da olmayıb. Namiq Canıyevin həbs olunması, kriminal dairələrlə təması isə sadəcə qardaşının qisasını alması ilə bağlı olub.

 

Beləliklə, indi gözlər "Rufo Gəncisnki"nin atacağı addımlara dikilib. Bu addımlar əlbəttə ki, kriminal dünyanın qan çanağına dönəcəyi nəticələnə bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300