Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı TƏKLİF

Milli Məclisin plenar iclasında çıxış edən deputat Nizami Səfərov üçüncü onilliyi yaxınlaşan Xocalı soyqırımı barədə danışdı.

 

Deputat bildirdi ki, bununla bağlı hüquqi addımların atılmasına zərurət var:"Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı”.

N.Səfərovun sözlərinə görə, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər:"Mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir. Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.

E.Paşasoy, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300