28 il sonra ata və bacısının məzarını ziyarət etdi-Fotolar

Xalq artisti Nəzakət Teymurova 28 il sonra işğaldan azan olunan Ağdamda ailə üzvlərinin məzarını ziyarət edib.

Uluyol.info xəbər verir ki, sosial şəbəkədə fotolar paylaşan sənətçi hisslərini belə dilə gətirib:

"28 il öncəyə, Ağdamıma qayıtdım. Ailəmizin bütün fərdləri, bacılarım tibb bacısı kimi, qardaşlarım istisnasız cəbhədə vuruşurdular. Evin sonbeşiyi olaraq məni Ağdamdan çıxardılar ki, başımıza iş gəlsə, ailəmizdən bir insan heç olmasa sağ qalsın. Sonradan başladı ağrılı-acılı məcburi köçkünlük həyatı. Bu illər ərzimdə içimdə o qədər böyük bir ağrını yaşatdım ki… Səhnədə hər ifamda Ağdamımdakı evimiz, uşaqlıq xatirələrim, gəncliyim dururdu gözlərimin önündə… Mənim bu 28 ildə içim heç gülmədi, üzüm gülsə də, ruhum gülmədi. İndi isə gözlərim sevincdən yaş tökür, ruhum isə gülür. Artıq Ağdamımdayam. Rəhmətlik atamın, bacımın ruhu şad oldu. Anam illər sonra atamın, bacımın məzarını ziyarət edə bildi… Sözlərlə ifadə edə bilmirəm. Allah bu hissləri bizə yaşadan şəhidlərimizə rəhmət etsin, yaşasın Ali Baş Komandanımız, Azərbaycanın yenilməz ordusu! Artıq oxuduğum hər muğamda, əsərdə nisgili yox edəcəm. Mən sözün əsl mənasında xoşbəxtəm".(Axşam.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300