Neftçalanın

Məlumdur ki, Azərbaycan reallığında hər bir rayonun rəsmi şəxslərindən başqa bir qeyri-rəsmi "boz kardinal”ı olur. Və rayonda hamı "boz kardinal”ın dedikləri ilə oturub-durur. "Boz kardinal” üzdə icra başçısının göstəriş və əmrlərini yerinə yetirsə də, arxa planda özünün şəbəkəsini, biznes strukturlarını qurur. Və özünü rayonun əsl sahibi, hakimi-mütləqi kimi aparır. NUH.az-əməkdaşlarının rayonda apardığı araşdırmalar zamanı bəlli olub ki,  Neftçala rayonunun "boz kardinal”ı neçə illərdir ki, "gəncəli Rafiq” kimi tanınan şəxsdir.

 

"Gəncəli Rafiq”in Neftçalada qılıncının dalı da kəsir, qabağı da. O, bir günün içərisində öz şəxsi təşəbbüsü ilə icra başçısının birinci müavini, təcrübəli kadr olan Dilavər Əliyevi vəzifəsindən uzaqlaşdıra bildi. "Gəncəli Rafiq” uzun illər faydalandığı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Mustafa Əliyevə himayədarlıq edərək onu icra hakimiyyətinə şöbə müdiri gətirdi. Rafiqin yaxın dost münasibətində olduğu Aydın Aslanov məhz onun yaxından dəstəyi nəticəsində Neftçala bələdiyyəsinin sədri vəzifəsinə "seçilə bilib”. Öz ətrafını "sədaqətli” kadrlarla möhkəmlədən "Gəncəli Rafiq” öz ailə üzvlərini də unutmamışdır. Onun həyat yoldaşı 3 saylı tam orta məktəbin direktoru kreslosunu tutmuşdur. "Gəncəli Rafiq” icra Hakimiyyəti aparatında da özünün "sədaqətli” kadrlara yer ayırmışdır.

 

Belə ki, Gülqədəm adlı qadını Neftçala şəhəri üzrə icra nümayəndəsi təyin etdirmiş, ona dəstək kimi Gəncədən həmyerlisi Aslan adlı şəxsi əvvəlcə bazarkom, sonradan isə şəhər icra nümayəndəliyinə baş mühasib gətirmişdir. Neftçala şəhər Kommunal Təsərrüfat İdarəsinə Seyid Mirmehdini rəsi təyin etdirən də "Gəncəli Rafiq” olub. "Gəncəli Rafiq” bu yaxınlarda Yeniqışlaq bələdiyyəsinin sədri işləmiş, şəhid atası İmanxan Orucovu ləkələtdirərək vəzifəsindən uzaqlaşdırmış və yerinə öz sədaqətli kadrlarından birini seçdirmişdir. Umumiyyətlə, rayonda əksər rəhbər vəzifələrə irəli çəkilənlər Rafiqlə razılaşdıqdan sonra təyinatlarını alırlar.

 

Bütün bu qeyd etdiklərimizə nəzər yetirsək görərik ki, Neftçala rayonunun əsl sahibi "Gəncəli Rafiq”dir. Bütün bunlarla yanaşı Rafiq öz şəxsi biznesini də unutmamış, rayonun ən axarlı-baxarlı yerində özünə " Avtotursit-Otel” restoranı açmış, rayonun girəcəyində Yem istehsal zavodunu özü üçün nəhəng taxıl anbarına çevirmişdir. Rayonun "biz kardinal”ı Neftçala camaatının istirahət yeri olan axmazı öz şəxsi nohuruna çevirmiş, min hektarlarla kənd təsərrüfat təyinatlı torpaqları öz inhisarına almışdır. Rafiq Aqrolizinq adlı quruma öz kadrını yerləşdirərək orada gübrələrin gətirilib paylanmasından tutmuş, kənd təsərrüfatı texnikasından istifadəyə qədər olan əməliyyatlara şəxsən başçılıq edir.

 

NUH.az-ın əldə etdiyi məlumata görə, icra başçısı İsmayıl Vəliyev bir neçə dəfə Rafiqin "bəzi əməllərindən” ehtiyat edərək onunla vidalaşmaq istəsə də aralarındakı "işbirliyi” buna imkan verməyib. Bu gün də öz "cəsarətli” addımlarını atan "Gəncəli Rafiq” rayonun Şirvanlı kəndi ərazisindəki kurort zonasından özü və yaxınları üçün torpaq sahələri əldə etmiş, orada olan tikinti-qum karxanasını ələ keçirmişdir. Rafiq ona bu əməllərdən əl çəkinməsini məsləhət bvilən dostlarına deyir ki, indi mənim arxamda dağ kimi həmyerlim, Neftçala Rayon Polis Şöbəsinin təzə rəisi durur, mənim heç kəsdən qorxum yoxdur. Deyəsən "Gəncəli Rafiq” təzə rəisi də öz əməllərinə qoşmaq istəyir.

 

Daha dəqiq təfərrüatlar və geniş reportajı yaxın günlərdə oxuya bilərsiniz…(nuh.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300