Rusiya Ermənistanı tərk edir, əvəzində Fransa Vediyə 600 nəfərlik hərbi kontingent yerləşdirir –ŞOK İDDİA

 

Əldə etdiyimiz məlumata görə, Ararat (Vedi) rayonunda yaxın aylarda təxminən 400-600 nəfərdən ibarət Fransız hərbi kontingenti yerləşdiriləcək.

Bubarədə məlumatlar erməni sosial şəbəkələrində müzakirəyə çıxarılıb və böyük rezonans doğurub.

Vedi rayonu çox mühüm strateji əhəmiyyətə malikdir və Türkiyə və Naxçıvanla sərhədə yaxın yerləşir. Həmçinin Türkiyə və Ermənistan arasındakı dəhlizə yaxın bir məsafədədir.

Ermənistandakı Rusiya kontingentinə gəlincə əldə olunan məlumatlara görə, "102 –ci” hərbi bazada tezliklə ixtisarlar başlayacaq. Məlumata görə, Suriya və Kalininqradda hərbi bazaların və kontingentin sayı genişləndirilir.

Çoxları başa düşür ki, Rusiya Ermənistanı elə-belə tərk etməyəcək. Bu həqiqətən də belədir. Lakin Fransa bunun qarşılığında Cənubi Qafqazdakı mövqeyini gücləndirmək üçün, Mərkəzi Afrika Respublikasında güzəştə getməyə hazırdır.//KONKRET.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300