Gömrük məmurunun "Duty Free" biznesi   

 

"Gömrük orqanlarında xidmət keçən və həmin qurumu öz şəxsi biznes mühitinə çevirən çox sayda oliqarxlaşmış məmurlar var. Bu məmurlardan biridə Teymurov Arazxan Əbülfət oğludur. Hələ Gömrük orqanlarına Aydın Əliyevin rəhbərlik etdiyi dönəmdə ulduzu parıldayan və gömrük orqanlarında möhkəmlənən Arazxan Teymurov öz yaxın qohumlarını Gömrük orqanlarında müxtəlif vəzifələrə təyin etdirib".

 

Bunu Arqument.az-a göndərdiyi şikayət məktubunda narazı sahibkarlar qeyd ediblər.

 

Onların sözlərinə görə, Arazxan Teymurov öz doğma xalası oğlunu və hətta oğlunu gömrük orqanlarında mühüm vəzifələrə təyin etdirib: "Teymurlu Nicat Arazxan oğlu 2017-ci ildə gömrük orqanlarında xidmətə qəbul edilib. Arazxan Teymurov və onun qohumları xüsusi ilə qaçaqmalçılıq yolu ilə sürətlə varlanır. Öz vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək gömrük orqanlarında çalışan qohumları vasitəsilə "Duty Free" biznesi yaradıb".

 

Onlarn sözlərinə görə, "Duty Free" təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir:""Rüsumsuz satış”, yəni malların dəyərini artıran ƏDV-lər olmadan satış deməkdir. Bu səbəbdən "Duty Free" məhsulları adi mağazalardakı məhsullardan daha ucuz olur. Buna görə də qanunsuz yollarla gömrük nəzarətindən keçirilən və gömrük rüsumuna tabe tutulmayan, eyni zamanda ölkə ərazisində vergiləndirilmədən və aksiz markası olmadan həyata keçirilən ticarət qaçaqmalçılıqdır. Əfsuslar olsun ki, bu gün gömrük orqanının bəzi əməkdaşları bu cür qaçaqmalçılıqla məşğuldur və dövlət büdcəsinə bu cür yolla küllü miqdarda ziyan vurmaqdadır. Arazxan Teymurov və qohumları Bakı və Sumqayıt şəhərləri ərzazisində öz şəbəkələrini yaradıblar. Xüsusi ilə Bərdənin Xanağalı kəndindən olan gömrük əməkdaşlarının fəaliyyətinin bu istiqamətdə yoxlanılması hüquq mühafizə orqanlarının işini asanlaşdıra bilər".

 

Məktubda qeyd olunur ki, xaricdən gətirilən və gömrük rəsmiləşməsi olmadan ətirlərin və kosmetik məhsulların satışı bu şəbəkənin fəaliyyət dairəsinə girir.

 

Müəlliflər qeyd edirlər ki, "Gənclik” ATSC-nin müdiri Ərəstun Teymurov Gömrük Komitəsinin vəzifəli şəxsi Arazxan Teymurovun qardaşıdır.

 

Bildirilir ki, "Gənclik” ATSC-nin səhmdarlarından biri ölkədən milyonlarla vəsaitin xaricə daşınmasında adı hallanan məhşur bankirlərdəndir.

 

Yazıdakı iddialarla bağlı Arazxan Teymurovdan münasibət öyrənmək mümkün olmayıb.

 


 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300