Nazir müavini: "Müəyyən hallarda məcburi peyvəndləmə aparıla bilər”

"Yaşlı əhalinin dispanserizasiyası tənzimlənmir. Ola bilsin ki, bu məsələyə qayıdılsın”.nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

O bildirib ki, yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür: "Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.

V. Qasımov bəzi hallarda peyvəndin məcburi olması ilə bağlı məsələyə də münasibət bildirib: ""Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda göstərilir ki, peyvənd könüllü aparılır. Lakin müəyyən xəstəliklər baş verdikdə məcburi peyvəndləmə aparıla bilər. Qanunda Nazirlər Kabinetinin qərarı ilə hansı xəstəliklər baş verdikdə hansı kateqoriyadan olan insanların məcburi peyvənd olunması məsələsi sadalanıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə baxmaq olar”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300