bitmap-img6 

 

Noyabrın 2-də Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında” Qanuna dəyişikliklərin edilməsi barədə sərəncam imzaladı

 


Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır. 

Bundan sonra xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.

Məlum məsələdir ki, bu qərar diplomat Arif Məmmədovla bağlı qalmaqalın yaşanmasından sonra qəbul edildi. A.Məmmədovla yanaşı, bir neçə diplomatın da mərkəzi rəhbərliyə tabe olmaması, bu məsələ ətrafında yaranan böyük qalmaqal və müzakirələr belə bir sərəncamın hazırlanmasına səbəb oldu.

A.Məmmədov da sərəncamın onunla bağlı yaranan qalmaqaldan sonra imzalandığını deyir. 

Musavat.com-a açıqlama verən keçmiş səfərin sözlərinə görə, o, belə bir sərəncamın hazırlanmasından əvvəlcədən xəbərdar imiş: "Bu sərəncamın imzalanmasının başlıca səbəbkarı mənəm və digər diplomatları qorxutmaq üçün imzalanıb. Belə bir qərarın hazırlanması barədə məlumatlı idim və buna hazır idim”. 

A.Məmmədov artıq siyasətçi olduğunu və öz xalqına xidmət etdiyini bildirdi: "Əvvəllər də qeyd etdiyim kimi, mən artıq siyasətçiyəm və artıq hakimiyyətin yox, Azərbaycan xalqının səfiriyəm. Öz xalqıma xidmət etməkdən yüksək nə vəzifə ola bilər?”

Xatırladaq ki, bu ilin may ayında paytaxtdakı yaşayış binalarından birində baş vermiş güclü yanğın nəticəsində 15 nəfər dünyasını dəyişmişdi. Səbəb binanın fasadının tezalışan üzlüklərlə yenilənməsi idi.

O zamanı səfir Arif Məmmədov yanğından sonra yazdığı "Facebook”da yazdığı "Heç bir xalq bu biabırçılığa və ədalətsizliyə dözməz. Məmurlar xalqımızın faciəsi üzərində milyonlar qazanırlar. Onlar xalqın qəzəbindən qorxmurlarsa da, Allahın qəzəbindən qorxsunlar” fikirlərinə görə təzyiqlərə məruz qalmişdı.

Bundan sonra Arif Məmmədov 20 il çalışdığı diplomatik xidmətdən uzaqlaşdırılmışdı. O, 2000-ci ildən 2006-cı ilə qədər Avropa İttifaqında, 2007-ci ildən 2012-ci ilədək isə Avropa Şurasında Azərbaycanın səfiri olub. Bundan sonra isə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səfiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Məmmədovun sözügedən statusunu bəyənmiş daha beş diplomat da vəzifəsindən çıxarılmişdı.
 
pia.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300