Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib?
Qurani-Kərim ayələrində peyğəmbərlərdən 25 nəfərin adının
çəkilməsi və başlarına gələn hadisələrin ətraflı ya da qısa təsvir edilməsi məlumdur.Həmin 25 peyğəmbər bunlardır: Həzrət Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim,
Lut, İshaq, İsmail, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Davud, Süleyman, Əyyub,
Yunus, İlyas, Əlyəsə, Zülkifl, Zəkəriyya, Yəhya, İsa və Muhəmməd (hamısına
Allahın salamı və salavatı olsun). Daha bir neçə nəfərin də adı Quranda çəkilir,
amma bunların peyğəmbər olub-olmadığı mübahisəlidir. Bəzi rəvayətlərə görə,
bunlar da peyğəmbərliyə layiq görülmüşlər, bəzi rəvayətlər isə onların peyğəmbərləiyini
təsdiq etmir. Həmin şəxslər bunlardır: Loğman, Talut və Üzeyir.
Mənbə:islam.az