Türk dünyası alimləri Bakıya toplaşır: Beynəlxalq simpozium keçiriləcək FOTO

 

Oktaybrın 7-10 tarixlərində Azərbaycan Texniki Universitetində Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı "Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium keçiriləcək.

Tədbirə Türk Ocağı başqanı, professor Mehmet Öz, UNESCO Türkiyə Milli təşkilatının başqanı Öcal Oğuz, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycanın dövlət təmsilçiləri, millət vəkilləri qatılacaqlar.

Bu barədə ULUYOL.info-ya Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı məlumat verib.


Sədr bildirib ki, UNESCO-nun Türkiyə Milli Komitəsinin də qatıldığı 3 günlük simpoziumda Türkiyənin Qazi Univesriteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31 alim iştirak edəcək. A.Aşırlı vurğulayıb ki, simpoziumun açılış tədbiri oktyabrın 8-də saat 11-də Azərbaycan Texniki Universitetinin akt zalında olacaq: "Simpoziumun təşkilatçıları arasında Azərbaycan Texniki, Pedaqoji universitetləri və Azərbaycan İlahiyyat İnstitutu da var: "Elmi tədbirdə Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində çalışan 18 alimin məruzəsi dinləniləcək. Ümumilikdə konfransda 48 elmi məruzə müzakirəyə çıxarılacaq, Türk dünyasının birliyi əsas müzakirə mövzusu olacaq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300