Dünyagöz Bakı xəstəxanasına qarşı DƏLƏDUZLUQ İDDİASI:"Əməliyyat edən həkim ölkədən qaçıb"


"Çəplik düzəlsin deyə əməliyyat olunursan, əməliyyatdan sonra çəplik düzəlmir, əksinə görmə qabiliyyətin zəifləyir, əməliyyatı edən həkim isə ölkədən qaçır”.

Yenicag.az-a daxil olan məlumata görə, qeyd olunan xəstəxananın həkimlərinin işlərində məsuliyyətli olmaması ilə bağlı vətəndaş Ləman İbadzadə öz etirazını bildirib.

Ləman İbadzadə qeyd edib ki, DünyaGöz Bakı xəstəxanasında həkimlər insanların taleyi ilə oynayırlar:

"Bu xəstəxanaya Türkiyədən həkim gətirirlər. Xəstəyə yanlış diaqnoz qoyub, pul almaq xatirinə əməliyyata salırlar. Bu klinikada keçən il Türkiyədən gələn həkim Halit Özhisar bir gözdə çəplik olmasına rəğmən daha çox pul almaq üçün hər iki gözü əməliyyat edib. Əməliyyatdan sonra nəinki çəplik düzəlməyib, hətta, xəstənin görmə qabiliyyəti də zəifləyib. Əməliyyatdan sonra həmin həkim Azərbaycanı tərk edib. Başqa bir həkim gətiriblər – Halil İbrahim Altınsoy. O da klinikanın boyunduruğu altındadır və guya əməliyyatın əslində effektiv olduğunu, çəpliyin sonradan naməlum səbəblərlə yarandığını iddia edir. Bu, absurd iddiadır. Çəplik düzəlsin deyə əməliyyat olunursan, əməliyyatdan sonra çəplik düzəlmir, üstəlik, görmə qabiliyyətin zəifləyir, əməliyyatı edən həkim ölkədən qaçır. Klinika başqa bir həkim vasitəsilə sənə deyir ki, əməliyyat uğurlu olub, amma çəplik naməlum səbəbdən yaranıb.

Bu klinika barədə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edilib. Hüquq-mühafizə orqanlarının işə ciddi yanaşması üçün sosial şəbəkədə imza kampaniyası yaratmışıq. Özü və ya doğmaları bu klinikanın qurbanı olan hər kəsi səsini yüksəltməyə dəvət edirəm”.

Məsələ ilə bağlı Dünyagöz Bakı Xəstəxanası ilə əlaqə saxlasaq da, cəhdimiz alınmadı.

Gülşən Şərif

www.yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300