Kabildə məsciddə partlayış: Ölənlər var
Əfqanıstanın paytaxt şəhəri Kabildə güclü partlayış baş verib.
Bu barədə ölkədə idarəçiliyi ələ alan "Taliban" sözçüsü
Zabihullah Mücahid məlumat paylaşıb.
O, məscidin girişində bomba partladığını və baş verən güclü
partlayış nəticəsində bir çox dinc sakinin həyatını itirdiyini
açıqlayıb.