Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi qəzada öldü

 

Məhəmməd peyğəmbərin karikaturlarının müəllifi isveçli Lars Vilks ölkənin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb.

Azvision.az bu barədə "BBC”yə istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində onun mühafizəçiləri olan iki polis əməkdaşı da həlak olub. Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb. Yük maşınının sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, müəllifin peyğəmbərlə bağlı çəkdiyi karikaturalar 2007-ci ilin noyabr ayında İsveçin "Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub. O, ölümlə təhdid edildiyi üçün polisin himayəsində yaşayırdı.

 

Pərvanə Sultanova, azvision.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300