Dünyanın ən savadlı xalqının adı açıqlandı
Finlandiya xalqı dünyanın ən savadlı xalqıdır, – yeni tədqiqat bu nəticəyə gəlib. Tədqiqatı Yeni Britaniya adasında yerləşən Sentral Konnektikut Dövlət Universiteti aparıb.

200 ölkənin əhalisinin "savadlı davranış xarakteri”ndən tutmuş yazıb-oxumaq bacarığına, akademik göstəricilərinə, kitabxanaların, məktəblərin keyfiyyətinə, ölkənin kompüter təchizatına qədər bir çox amillər nəzərə alınıb.

Siyahıda II yerdə Norveç, III yerdə İslandiyadır, növbəti yerlər: Danimarka, İsveç, İsveçrə.

ABŞ VII, Almaniya VIII, Latviya IX, Niderland X, Kanada XI, Fransa XII, Böyük Britaniya XVII yerdədir.

Sonuncu yeri isə Botsvana tutub. Ondan əvvəl İndoneziya, sondan II yerdə isə Tailand gəlir.

Tədqiqatı aparan universitetin prezidenti Con Miller deyib: "Finlandiya, Norveç, İslandiya, Danimarka, İsveç ona görə ilk 5 yeri tutublar ki, onların "monolit mədəniyyəti"ndə oxumaq dəyərdir”.

Fin yazıçı Tove Yanssonun uşaqlar üçün "Mumin” seriyasından kitabları dünyada məşhurdur.

Aki Ollikaynen

Başqa bir fin yazıçı, debüt romanı "White Hunger” ("Ağ Aclıq") bugünlərdə Beynəlxalq Man Booker mükafatının uzun siyahısına düşmüş Aki Ollikaynen deyib:

"Bizim ölkələrimizdə məktəb, oxumaq, yüksək səviyyəli təhsil icbaridir, həm də işçi sinif üçün əlçatandır. Müəllimlik, təhsil çox yüksək qiymətləndirilir.

Mən fəxr edirəm ki, Fin məktəb sistemi, həmçinin kitabxanaları hamıya açıqdır. Hər kəsin öyrənməyə, oxumağa bərabər imkanı var. Finlandiyada biz buna adi şey kimi öyrəşmişik, amma dünyada bu, lüks hesab olunur”. (azadliq.org)
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300