Dünyanın ən varlı ailələrinin siyahısı -Açıqlandı

 


 

Dünyanın ən varlı ailələrinin siyahısı açıqlanıb.

"Bloomberg”in hazırladığı reytinqdə 25 ailə yer alıb.

Ən varlılar siyahısına dünyanın ən böyük topdansatış və pərakəndə alış-veriş şəbəkəsi "Wallmart”ın sahibi Uoultonlar ailəsi başçılıq edir. Sözügedən ailənin varidatı 238,2 milyard dollardır.

İkinci pilədə isə Marslar ailəsi qarşılaşıb. Ərzaq məhsulları istehsal edən "Mars” şirkətinin sahiblərinin 142 milyard dolları var. İlk üçlüyü isə Koxlar ailəsi tamamlayır. Neft-kimya sahəsi üzrə ixtisaslaşan "Koch İndustries” şirkətinin sahiblərinin varidatı 124,4 milyard dollar təşkil edir.

10-luq ardıcıl olaraq belə tamamlanır:

Hermelər ailəsi ("Hermes” dəb mərkəzi - 111,6 milyard dollar), Səudiyyə Ərəbistanının Əl Səud kral ailəsi (100 milyard dollar), Hindistanın "Reliance İndustries” holdinqinin sahibi Ambanilər ailəsi (93,7 milyard dollar), Fransanın "Chanel” dəb mərkəzinin sahibi Vertheimerlər ailəsi (61,8 milyard dollar), ABŞ-ın "Fidelity İnvestment” şirkətinin sahibi Consonlar ailəsi (61,2 milyard dollar), "Thomson Reuters” media şirkətinin sahibi Tomsonlar ailəsi (61,1 milyard dollar), Almaniyanın "Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsi (59,2 milyard dollar).

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300