Neftçalada İnternat məktəbindən ŞİKAYƏT -  (Araşdırma)Neftçala Təhsilində yaşanan özbaşnalıqlarla bağlı ötən aylarda araşdırma yazınmız olmuşdu.Kifayət qədər faktlara istinad edib hazırladığımız materialdan sonra ümid etdik ki,bu rayonda təhsil sistemi qaydasına düşər.Amma son günlər uluyol.info xəbər portalının elektron ünvanına daxil olan məktublar heç də rayon təhslində irəliləyişin olmaması,daha qabarıq şəkildə,rüşvət yığımı,dövlət büdcəsindən ayrılan vəsaiti öz yaxın ətrafları tərəfindən "tender"vasitəsilə yeyilməsi barədə olduqca ilginc məlumatlar daxil olmaqdadı.

Uluyol.info xəbər verir ki,mətbuat səhifələrin bəzəyən Neftçala Təhsilində yeyinti başlıqlı yazılar kifayət qədərdir.Maraqlısı odur ki,bu neqativ hallar bu gün,ya da dünəndən başlamayıb,uzun illərdir bu sistem davamlı şəkildə dövlət büdcəsin talayır.Bu müddət ərzində mətbuatda yazılan yazıları müvafiq dövlət qurumları,Təhsil Nazirliyinin gözündən yayınması maraq doğurur.

Uluyol.info xəbər verir ki,Neftçala məktəbləri arasında ən çox şikayətin gəldiyi,yeyintinin müşahidə olunduğu M.Səfərov adına İnternat məktəbidir.Rayon sakini,eləcədə adı çəkilən məktəbdə müəllim kimi çalışan Nəsirov Əbülfəz Böyükağa oğlunun göndərdiyi şikayət-məktubun təqdim edirik:

"Məktəbimizlə bağlı mətbuatda bir neçədəfə məlumatlar yayılıb.Amma təəssüf ki,problem olduğu kimi qalıb. Yenidən yazıb sizlərə məlum edirəm ki,Neftçala M.Səfərov adına İnternat məktəbində özbaşnalıq və malliyə pozuntusu, karrupsiya hökm sürür.Beləki, məktəbin direktoru Mahmudova Aytəkin Rayon icra hakimiyətində 3-cü müavin işləyən bacısı Gültəkin xanımın dəstəyi ilə gətirilib.Məktəbin direktoru Aytəkin müəllimə dəfələrlə Təhsil nazirliyinə getsədə, kitabxanaçılıq şöbəsini bitirdiyi üçün cənab Mikayıl müəllim tərəfindən ,haqlı olaraq təsdiq olunmayıb. Bunu fürsət bilib öz bildiklərini edir.

Ölkənin bu günki durumunu nəzərə alaraq valideyin öz uşaqlarını internat məktəbinə qoyurki,təhsil almaqla bərabər, Dövlət tərəfindən verilən yeməkdən və digər xidmətdən yararlansınlar.Məktəb direktoru və zavuçu ilə birlikdə nizam-intizama məhəl qoymurlar, təhsil demək olar ki ,yox dərəcəsindədir,işə tərbiyəçi götürüb sonradan isə dərs saatı verib. Hətta Bakıda yaşayana, evdə oturub məktəbdə sinifini tanımayan, dərs saatı verilən müəllilər belə var.Bülleten maxinasyasıda ki, saysız-hesabsız.

İşlədiyim 33-il ərzində bu internat məktəbində drektorun otağı anbar halına gələcəyini təsəffür belə edə bilməzdim, kimsənin ağlına gəlməzdi.Demək ki, ola bilərmiş. Dövlətin ayırdığı vəsaitlərin 10-12%-i uşaqlar üçün xərclənirsə, də qalan hissəsi isə Direktorun cibinə gedir.Karrupsiya bataqlığına düşmüş belə bir müəllimə şagirdlərin qarşısında dərs deməyə mənəvi haqqı varmı?

Direktor olduğum üçün hər şey mənə aiddir deyən, Aytəkin müəllimə adı sənin dadı mənim prinsipi ilə işləyir.Dediklərim həqiqətdir .Yetər ki sağlam şəraitdə yoxlama aparılsı,sübut etməyə də hazıram.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi,vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları, daim diqqətdə saxlanılaraq vətəndaşların, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülsün!"

Uluyol.info xəbər verir ki,şikayətçi məktubun surətin Maliyyə naziri Samir Şərifova,Təhsil naziri Mikayıl Cabbarova göndərəcəyin bildirdi.Ölkənin mövcud durumu ilə bağlı bizlər sırf təhsilə önəm verməli,gələcəkdə kadr olacaq şəxslər Azərbaycanımızı gülüstana çevirəcəyinə inanırıq.Yetər ki,hərə öz sahəsində səlahiyyətləri daxilində Xalqa xidmət göstərsin.Mətbuatda tirajlanan adı çəkilən məktəblə bağlı materialları bir daha təqdim edirik:

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması işləri isə fiziki şəxs Qəfərov Qismət Tahir oğluna tapşırılıb. Bunun üçün isə 6000 manat pul ayrılıb. 

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Təsərrüfat mallarının satın alınması işləri fiziki şəxs Abbasova Nərminə Sadıq qızına verilib. Və həmin işlər üçün 2990 manat sərf olunub.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Avadanlıqların satın alınması üzrə işlər yenə fiziki şəxs Abbasova Nərminə Sadıq qızına həvalə edilib və bu zaman 9985 manat xərcləndiyi qeyd olunub. 

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Yumşaq inventarların satın alınması yenə həmçinin fiziki şəxs Abbasova Nərminə Sadıq qızının əliylə həyata keçirilib. Bu məqsədlə 9900 manatın başına «daş» salınıb.

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Digər maşın və avadanlıqların satın alınması işləri isə fiziki şəxs Mehtiyev Əliş Fərhad oğluna həvalə edilib. Tenderin dəyəri 5000 manat. 

- Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi Bərk inventarların satın alınması işləri bu dəfə fiziki şəxs Sadıqov Şəhriyar Ağamalı oğluna verilib. 20000 manat da bu şəkildə xərclənib. 

- Təhsil Nazirliyinin Neftçala rayon Təhsil şöbəsi Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması "Mədəni-Maarif” MMC-yə həvalə edilib ki, o da 100 min manatın aqibətini həll edib. 

Xatırladaq ki,bu ayrılan vəsait ötən il üçün nəzərdə tutulmuşdur.Yəni "adiyyatı" üzrə xərclənib. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərində mövqeyin dərc etməyə hazırıq.

ULUYOL.İNFO


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300