Mail Yaqub: "Deist olanlar unudurlar ki, rəngsiz, dadsız bir ideologiyanı qəbul etmək, Tanrını inkardan fərqlənmir”

 

Sivilizasiyaların toqquşduğu, bir çox dəyərlərin inteqrasiya etdiyi müasir dünyada heç bir əsaslı ideologiyaya söykənməyən təlimlər meydana gəlir. Zaman keçdikcə inkişaf edən bu təlimlər sonradan insanların daxilinə nüfuz edərək, onları içdən parçalayır və məhv edir. Bu cür təlimlərdən biri də Deizmdir. Deizm, Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını etiraf edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılamsını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir.


Rəngsiz və dadsız ideologiya - Deizm 

Bəs görəsən Deizm təlimi necə və harda yaranıb?. Azərbaycana necə nüfuz edib və bəzi insanların bu təlimi qəbul etməsinin səbəbləri nədir?.

 

 İslaminSesi mövzunu Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru  Mail Yaqubla müzakirə edib. Ekspert bildirib ki, Deizm ideologiyasının kökü yunan fəlsəfəsindədir: "Yunan alimi Aristotel özü Deist olub. Aristotelə görə, kainatı yaradan bir qara, rəngsiz qüvvə var. Bu qüvvə yalnız kainatı yaradıb və onu idarə etmir. Yəni kainat təbiətin öz qanunları ilə idarə olunur. Deizmin əsas mahiyyəti məhz bundan ibarətdir”.

 

Mail Yaqubun sözlərinə görə, Deizm ideologiyasında kainatın bir qüvvə tərəfindən yaradıldığı, lakin idarə olunmadığı öz əksini tapıb. Yəni dolayısı ilə deistlər kainata peyğəmbərlərin, müxtəlif səmavi dinlərin göndərildiyinə inanmırlar və bunu inkar edirlər: "Tarix boyu Qərbdə bu fikrin ardınca gedən filosoflar olub. Demək olar ki, Qərb fəlsəfə tarixindən gəlib-keçən filosofların böyük əksəriyyəti Deist olublar. Onlar kainatın bir qüvvə tərəfindən yaradıldığını qəbul etsələr də, dini inkar ediblər.

 

Fəlsəfə doktoru Deizm ideologiyasının Azərbaycana necə ayaq açması ilə bağlı sualı belə cavablandırıb: "Xaricdən gələn ideologiyaların Azərbaycana axması müstəqillik qazandıqdan sonra baş verdi. İnformasiya blokadası aradan qalxdı, ölkəyə fikir idxalı artdı. Nəticədə Deizm və digər ideologiyalar ölkəyə ayaq açdı”

 

"Azərbaycanda Deizm niyə və necə yayıldı" - sualına isə Mail Yaqub  olduqca maraqlı və geniş şəkildə cavab verib: "Bütün dünyada, o cümlədən Azərbaycanda əsasən 3 ideologiya mövcuddur. Ateizm, Deizm və Din! Deizm, Din və Ateizm arasında olan bir ideologiyadır. Deistlər psixoloji cəhətdən özlərini sığortalayırlar və rahat hiss edirlər. Yəni Ateizmdə olan psixoloji problemlər Deizmdə yoxdur. Deistlərin bir istinad nöqtəsi var. Digər tərəfdən deistlər dini inkar edirlər. Çünki dində mövcud olan hüdud və qanunların insanı məhdudlaşdırdığını düşünürlər. Bu insanlara ağır gəlir”.

 

Mail Yaqub deyib ki, praktik baxımdan Ateizmlə Deizm bir-birindən fərqlənmir. Yəni hər ikisi eyni, oxşar ideologiyalardır: "Deist olmaq rəngsiz, qaranlıq bir otaqda, dadsız yemək yeməyə bənzəyir. Deist olanlar unudurlar ki, rəngsiz, dadsız bir ideologiyanı qəbul etmək, Tanrını inkardan fərqlənmir. Tanrını qəbul etmək insana psixoloji dəstək və rahatlıq verir. Tanrı ilə daim təmasda olmaq, onun köməklərindən yararlanmaq insan həyatını asanlaşdırır. Lakin Deizm ideologiyasında bunlar yoxdur. Bu cür qara ideologiyanı qəbul etmək sadəcə absurrdur. Deistlər bütün bu məsələləri daha dərindən araşdırmalı və əsl haqq yolunu tapmalıdırlar”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300