Xristian Gürcüstandan sonra, Azərbaycan ordusunda namaz yeri nə vaxt yaradılacaq?

Telman Əbilov: "Əgər orduda ibadət üçün şərait yaradılsa idi gənclər vəhabizm kimi təhlükəli cərəyanlardan uzaq olardılar”

 

Gürcüstan Ordusunda hərbi xidmət keçən müsəlman əsgər və zabitlər hərbi hissələrdə ibadətlə rahat məşğul ola biləcəklər. Bununla əlaqədar olaraq hərbi hissələrdə müsəlmanlar üçün xüsusi otaqlar inşa olunub.Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze Silahlı Qüvvələrin III briqadasının ərazisindəki ibadət yerlərinin açılışını ediblər. Bu briqadada 103 nəfər müsəlman hərbi qulluqçunun olduğu bildirilib. Gürcü nazir bütün hərbi hissələrdə bu cür ibadətgahların tikiləcəyini də bəyan edib. Bu məlumatı oxuyarkən sevinməmək mümkün deyil. Çünki Xristian ölkəsi olan Gürcüstanın, öz ordusunda xidmət edən müsəlmanlara verdiyi dəyər təqdirəlayiqdir. Bu həm də gürcülərin öz dövlətlərinə verdikləri dəyər kimi qiymətləndirilməlidir.  Lakin təəssüflər olsun ki, müsəlman ölkəsi olan Azərbaycanda və onun hərbi hissələrində bu cür ənənə hələ də tətbiq olunmayıb. Əhalisinin 90 faizi müsəlmanlardan ibarət olan ölkənin hərbi hissələrində məscid və ibadət yerlərinin tikilməməsi bir yana, üstəlik əsgərlərin dini ayinlər icra etməsinə də əngəl törədilir.

 

Bəs Azərbaycanın hərbi hissələrində ibadətgahlar niyə yaradılmır?. Buna əngəl törədən amillər hansılardır?

 

"İslamın Səsi" mövzunu Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mubarizə Mərkəzinin rəhbəri Telman Əbilovla müzakirə edib. Ekspert bildirib ki, bizim ölkədə hansısa qüvvələr nadanlıqdan və ya başa düşməməzlikdən bu cür təkliflərin reallığa çevrilməsinə mane olurlar: "Müxtəlif vaxtlarda hərbi hissələrdə ibadətgahların yaradılması ilə bağlı təkliflər səsləndirilib. Hətta orta məktəblərdə Qurani Kərimin tədrisi ilə bağlı da fikirlər 4-5 il əvvəl irəli sürülüb. Bütün müsəlman ölkələrində bu ənənə mövcuddur. Quran bizim əxlaq və tərbiyəmizə çox faydalıdır. Dindəki mövcud boşluqlar digər radikal cərəyanların, vəhabizmin ölkəyə ayaq açmasına səbəb olur. Ona görə də bu cür təşəbbüslər çox müsbətdir. Təəssüflər olsun ki, hələ də Azərbaycanda nə Qurani Kərim tədris olunur, nə də ki, hərbi hissələrdə ibadətgahlar yaradılıb”.

 

Telman Əbilovun sözlərinə görə, orduda xidmət edənlərin çoxu gənclərdir. Gələcəyimiz isə gənclərdən asılıdır. Ona görə də orduda ibadətgahların yaradılması çox önəmlidir: " Torpaqlarımızın 20 faizi işğal altındadır. Torpaqların azad edilməsinin əsas yolu İmam Hüseyn (ə) məktəbini dərk etməkdən keçir. Əgər biz İmam Hüseyn (ə) kimi din, vətən, torpaq uğrunda şəhid olmağı öyrənə bilsək, o zaman işğal olunmuş ərazilərimizi geri qaytararıq”.

 

Ekspert qeyd edib ki, 70 illik Sovet hökumətinin diktaturasından, ateizm ideologiyasından hələ də tam azad ola bilməmişik: "Müsəlmançılıq, möminlik, axirətə bağlılıq, Allah xofu xüsusən yüksək rütbəli məmurlarda demək olar ki, yoxdur. Məmurların əksəriyyətinin buxovdan xilas ola bilməməsi, bu cür təşəbbüslərin həyata keçirilməsinə əngəl törədir. Çünki belə təkliflərin reallığa çevrilməsi məmurlardan birbaşa asılıdır. Ən azı qonşu Türkiyə, Gürcüstan kimi ölkələrin təcrübəsindən yararlanmalıyıq”.

 

Telman Əbilovun fikrincə İslam dini lazımı səviyyədə təbliğ olunsa idi gənclərimiz ibadətlə məşğul olardılar və pis vərdişlərdən uzaqlaşardılar: "Bu gün xüsusən ordudan təxris olunan gənclərin böyük əksəriyyəti dindəki boşluqlar səbəbindən vəhabizm və digər radikal cərəyanlara qoşulurlar. Əgər orduda ibadət üçün şərait yaradılsa idi gənclər bu cür təhlükəli vərdişlərdən uzaq olardılar”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300