“AZƏRİŞIQ” M.Hadi küçəsinin sakinlərini etiraz aksiyasına sövq edir-ŞİKAYƏT"AZƏRİŞIQ” ASC-nin Xətai Enerji İstismarı İdarəsi  vətəndaşların kütləvi narazılığına səbəb olan bir addım atıb. Daha doğrusu, 170 mənzilli bir binanın sakinlərini qarşı kollektiv tərbiyyə metodu ilə cəzalandırmaq istəyir.  Bu barədə məlumatı Azinforum.az-a Xətai rayonu Məhəmməd Hadi küçəsi 23/24-cü ünvanda yaşayan sakinlər veriblər.  

Şikayətlə bağlı həmin binada olan Azinforum.az-ın əməkdaşının verdiyi məlumata görə, sakinlər işiqlarının tam əsassız yerə kəsildiyini deyillər:

"18 mərtəbəli bina tam iflic olub.  Elektrik enerjisinin kəsilməsi səbəbindən nə lift işləyir, nə də suyumuz gəlir. Binada yaşayan bir neçə şəxsin işıq borcu olduğunu deyillər. Buna görə kim icazə verib ki,  bütün sakinləri narahat etsinlər? Bu gün binaya iki təcili yardım maşını gəlib. Həkimlər xəstənin yanına – 17-ci mərtəbəyə ayaqla qalxmağa məcbur olub. Kiminsə borcu varsa, onun işığını kəssinlər da… Bütün bunadan acıq çıxmaq nəyə lazımdır?”

Azinforum.az-ın əməkdaşı Xətai Enerji İstismarı İdarəsi ilə əlaqə saxlayıb. Özünü mühəndis kimi təqdim edən şəxs bildirib ki, binanın işiqları bəzi mənzillərin və binanı istismara verən MMC-nin onlara borcunun olması ilə bağlıdır: "Pul ödənilməyənə qədər binanın işıqları verilməyəcək”.

İşıqları kəsilən binada yaşayanlardan biri də, tanınmış siyasətçi, sabiq millət vəkili Ramiz Tağıyevdir. O,Azinforum.az-a açıqlamasında bildirdi ki,  yaşanan vəziyyətdən böyük təəssüf hissi keçirir: "Mən bir neçə dəfə həmin idarə ilə əlaqə saxlasam da, onlara ölkə qanunvericiliyini başa sala bilmədim. Bunun bir adı var, HARINLIQ! Mənim enerji üçün borcum yoxdur. Yoxlaya bilərsiniz, gələn ay üçün də ödəmişəm. Hansı əsasla məni narahat edirlər? Problem tez bir zamanda öz həllini tapmasa, biz bütün sakinlərlə birgə etiraz aksiyasına əl atacayıq. Bizi buna Baba Rzayevin səriştəsiz idaretməsi və işçiləri vadar edir”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300