"WhatsApp”dan xəbərdarlıq: Mayın 15-dən sonra..

 

"Facebook”un satın aldığı mesajlaşma tətbiqi "WhatsApp”ın yenilənən gizlilik müqaviləsinin müddəti mayın 15-də başa çatır.

Uluyol.info xəbər verir ki, ötən gün məsələyə aydınlıq gətirən şirkət geri addım ataraq müqaviləni təsdiqləməyənlərin hesablarının dayandırılmayacağını bildirib.

Buna görə hesablar 120 gündən sonra silinməyəcək. Ancaq hesablardakı funksionallıq azalacaq və istifadəsi məhdud olacaq.

Şirkət son açıqlamasında müqaviləni təsdiqləməyən istifadəçiləri mayın 15-dən sonra gözləyən problemləri açıqlayıb:

"Heç kimin hesabı silinməyəcək və ya funksionallığı itməyəcək. Müqavilə xatırlatmaları bir müddət davamlı olaraq ediləcək.

Müqavilə xəbərdarlığı bir müddət sonra qalıcı olacaq və hələ təsdiqlənməmiş istifadəçilərin hesablarında funksionallıq azalacaq.

Söhbət siyahınıza daxil ola bilməyəcəksiniz. Ancaq sizə edilən telefon və video zənglərə cavab verə biləcəksiniz. Məhdud istifadə bir neçə həftə çəkəcək, əgər hələ qəbul etməmisinizsə, "WhatsApp” istifadə edə bilməyəcəksiniz”./teleqraf/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300