Koçaryanla Paşinyanın məhkəmə çəkişməsi başlayıb

 

İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın baş nazir vəsifəsini icra edən Nikol Paşinyana qarşı iddiasına baxmağa başlayıb. Azvision.az "RİA Novosti”yə istinadla xəbər verir ki, Koçaryan Paşinyanı böhtan atmaqda günahlandırır.

İddia 2020-ci ilin aprelində qaldırılıb. Keçmiş dövlət başçısının vəkillər qrupunun mətbuat katibi Elina Saakova bildirib ki, söhbət Paşinyanın referendum kampaniyası çərçivəsində Sünik (Zəngəzur) bölgəsindəki mitinqlərin birində səsləndirdiyi fikirlərdən gedir. Belə ki, Paşinyan Koçaryanın dövlətdən mənimsədiyi böyük məbləğdə pulları ordunun ehtiyaclarına yönəldəcəyini demişdi.

Mətbuat katibinin sözlərinə görə, iddiaçı təxminən 4 min dollara bərabər olan 2 milyon dram təzminat tələb edir. İddiaya dair ilkin dinləmələr bu gün keçirilib.

Hakim Aleksey Sukoyan tərəfləri barışığa dəvət edib. Növbəti iclas 14 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Koçaryan Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. Paşinyan 2008-ci il mart hadisələrinə görə Koçaryanın ünvanına ittihamlar səsləndirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300